İspaniya səlahiyyətliləri 19 may tarixinə qədər elektron peyvənd pasportlarını tətbiq etməyə çalışacaqlar.
“RİA Novosti” bu barədə ölkənin Sənaye, Ticarət və Turizm naziri Mariya Reyes Marotonun açıqlamasına istinadən məlumat yayır.
O qeyd edib ki, səlahiyyətlilər koronavirusa qarşı peyvənd olunanların daha sərbəst hərəkət etməsinə imkan verəcək pasportu ən qısa müddətdə yaratmağa çalışırlar.