Polşa COVID-19 daşıyıcılarını müəyyənləşdirmək üçün xidməti itlərdən istifadə etməyi planlaşdırır.
Mk.ru bu barədə ölkə mətbuatında yer alan məlumatlara əsasən xəbər yayır.
Bildirilir ki, heyvanlar biomaterialların köməyi ilə koronavirusu olan insanları xəstəliyi keçirən, yoluxmayan və ya peyvənd edilməyənlərdən qoxlayaraq fərqləndirməyi öyrənəcəklər.
İtlərin ilk qrupu labradorlardan və bir ingilis koker-spanielldən təşkil edilib. Onlar səkkiz həftəlik kurs keçəcək və hava limanlarında çalışacaqlar.