ABŞ-da Missuri də daxil olmaqla 11 ştat rəhbərliyi Prezident Co Baydenin və adminstrasiyasının xalqın sağlamlığı və ətraf mühitin qorunması ilə bağlı fərman imzaladığına görə məhkəməyə müraciət ediblər.
“Fox News” xəbər verir ki, iddiaçılar federal tənzimləyici orqanların səlahiyyətlərinin genişləndirilməsinin ciddi iqtisadi ziyana səbəb ola biləcəyinə inanırlar.
Buna görə Arkanzas, Arizona, İndiana, Kanzas, Montana, Nebraska, Ohayo, Oklahoma, Cənubi Karolina, Tennessi və Yutadan olan həmkarları Missuri Baş Prokuroru Erik Şmitt tərəfindən irəli sürülən iddiaya qatılıb.
İddiaya görə, qərar hakimiyyətdə bölgü prinsipini pozur.
Bildirilir ki, bu dövlət xərcləri 9,5 trilyon dollar təşkil edir:
“Əslində bu nəhəng rəqəm federal tənzimləyicilərin gücünün amerikalıların həyatının hər tərəfinə- maşınlarından soyuducu və evlərinə, qida və elektrik enerjisi ödəmələrinə müdaxilə edən böyük genişləndirilməsinə haqq qazandırmaq üçün istifadə ediləcək”, - deyə vəsatətdə bildirilir.
Bayden vəzifəyə başladığı ilk gün ölkədə istixana qazlarının köklü şəkildə azaldılmasını nəzərdə tutan “Paris İqlim Sazişi” çərçivəsində öhdəliklərə qaytarmağı nəzərdə tutan fərman imzalayıb.
2018-ci ildə Ağ Evin sahibi olan Donald Tramp “ABŞ iqtisadiyyatının inkişafını ləngidən” müqavilədən çəkilməyə qərar vermişdi.