Yaxın zamanlarda dünyada qum qıtlığı yarana bilər.
Bu barədə CNBC telekanalı məlumat yayıb.
Klimatoloqların fikrincə, planetimizin qum ehtiyatlarının tədricən azalması XXI əsrin ən böyük problemlərindəndir. Proqnozlara əsasən, dünyada quma olan tələbat hazırkı səviyyədə qalacağı təqdirdə, təbii fəlakət qaçılmazdır.
Ekspertlərin hesablamalarına görə, son 20 ildə qumdan istifadə üç dəfə artıb ki, bu da sonunda sözügedən təbii ehtiyatın çatışmazlığı ilə nəticələnəcək.
Qeyd edək ki, qum istehlakının sürətlə artması qlobal miqyasda urbanizasiya prosesinin sürətlənməsi, şəhərsalma və tikinti bumu ilə bağlıdır. Səhra qumlarının dənəcikləri hamar və dairəvi formada olduğu üçün, inşaat işlərində daha çox düzbucaqlı quruluşa malik dəniz və çay qumlarından istifadə olunur.