Rusiyanın Xabarovsk vilayətində yanacaqla dolu yük qatarının 18 sisterni relsdən çıxıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Xabarovsk vilayətinin Uzaq Şərq - Forel dəmir yolunda yanacaq daşıyan 18 sistern relsdən çıxıb. Sisternlərdən 10-u aşıb. Qəza səbəbindən üç sərnişin qatarının hərəkət qrafikində gecikmə baş verib. Yük qatarında cəmi 49 sistern olub. Qəza nəticəsində heç kim xəsarət almayıb”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, qəzanın səbəbləri barədə məlumat verilmir.