"Cin çıxarma” ritualı zamanı doqquz yaşlı qız ölənə kimi döyülüb.
"The New Straits Times”ın məlumatına görə, dəhşətli hadisə Şri-Lankada baş verib.
Bildirilir ki, uşağın valideynləri onu paytaxt Kolombonun yaxınlığında bir kəndə aparıblar. Ekzorsist ritual çərçivəsində uşağı ağacla döyüb. Qışqırığı eşidən qonşular polis çağırıb. Lakin artıq gec olub. Uşaq xəstəxanaya gedərkən keçinib.
Ekzorsizm ayini keçirən qadın və uşağın anası həbs olunub.