Belarus prezidenti Aleksandr Lukaşenko oğlu Viktor Lukaşenkonu dövlət başçısının milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsindən azad edib.
“Report”un məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidməti bildirib.
"Viktor Lukaşenko seçkili vəzifəyə keçidlə əlaqədar Belarus prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsindən azad olunub", - xəbərdə deyilir.
Mətbuat xidmətində əlavə ediblər ki, Viktor Lukaşenkoya növbəti "ehtiyatda olan general-mayor" hərbi rütbəsi verilib.