İndoneziyanın Sulavesi adasındakı qızıl mədənində baş verən torpaq sürüşməsi nəticəsində azı beş nəfər ölüb, təxminən 70 nəfərin itkin düşüb.
Bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, torpaq sürüşməsinə səbəb əraziyə bir neçə gündür yağan aramsız yağışlardır.
Hazırda axtarış-xilasetmə işləri davam edir, əraziyə xüsusi texnika cəlb edilib.