İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldunun Pepe adlı pişiyi evdən qaçıb və avtomobilin təkərləri altında qalıb.
"Report"un məlumatına görə, bu barədə portuqaliyalı hüçumçunun sevgilisi Corcina Rodriges "Instyle" jurnalına müsahibəsin deyib. Onun sözlərinə görə, hadisə Turində baş verib.
C.Rodriges bildirib ki, pişik 1,5 ay müddətində baytar tərəfindən reanimasiya şöbəsində müalicə edilib. Heyvan sağaldıqdan sonra isə cütlük onu bərpa prosesi üçün İspaniyaya istirahətə göndərib.
Hazırda Pepeyə Rodrigesin bacısı İvana qulluq edir.