Gürcüstan bu həftədən karantin qadağalarını yumşaldır.
“Sputnik Gürcüstan” xəbər verir ki, bu barədə ölkənin yeni Baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışı zamanı deyib.
O qeyd edib ki, qaydaların yumşaldılması - qış istirahət mərkəzlərinin açılması, Tbilisi ilə Rustavi arasında nəqliyyatın fəaliyyətini bərpası, peyvəndlərlə bağlı bu həftə koordinasiya şurasının iclası keçiriləcək.
Qaribaşvilinin sözlərinə görə, məsləhətləşmə nəticəsində qadağaların 80 %-i bu həftə qaldırılacaq.
O, Gürcüstana ilk peyvəndlərin mart ayında gələcəyini və ilin sonuna qədər əhalinin 70 faizinin vaksinasiya olunacağını da vurğulayıb.