Səudiyyə Ərəbistanının şimal-qərbində yerləşən Tabuk əyalətində 2 gündür qar yağmağa başlayıb. Sinoptiklər istirahət günü üçün daha çox qar gözlənildiyini bildirib.
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Al Arabia" nəşri məlumat verib.
Məlumata görə, hazırda qar yağışı yalnız Səudiyyə Ərəbistanının şimalını deyil, Suriyanın, Livanın, İsrailin, İordaniyanın və Misirin bəzi hissələrini əhatə edir. Yollar bağlanıb, nəqliyyatın hərəkətində fasilələr yaranıb. Bəzi universitetlər tədris prosesini dayandırıb.
Ölkədə sonuncu dəfə bu qədər qar yağışının 2018-ci ildə müşahidə olunduğu bildirilir