Rusiya paytaxt xəstəxanalarının birində qeyri-adi hadisə yaşanıb.
“İzvestiya” nəşrinin Moskva Səhiyyə Departamentinə istinadən yaydığı xəbərə görə, bir yaşlı körpənin mədəsindən 117 maqnit kürə çıxarılıb.
Departamentin mətbuat xidmətindən verilən məlumata əsasən, fevralın 18-də azyaşlı qız və oğlan valideynləri tərəfindən xəstəxanaya gətirilib. Uşaqların anası evdə maqnit konstruktorun çox sayda elementinin yoxa çıxıdığını və uşaqlardan şübhələndiyini bildirib.
Rentgen zamanı qızın mədəsində şübhəli heç nə olmadığını görən həkimlər, bir yaşlı oğlanın daxilində bir topa yad cisim aşkar ediblər. Dərhal edilən əməliyyat nəticəsində körpənin mədəsindən düz 117 maqnit kürə çıxarılıb.
Hazırda uşağın vəziyyətinin normal olduğu bildirilir.