ABŞ Xarici İşlər Nazirliyi (XİN) İraqın Qara bölgəsində 13 Türkiyə vətəndaşının terrorçu PKK təşkilatı tərəfindən öldürülməsi ilə bağlı açıqlama verib.
“Haber Global” məlumat verir ki, ABŞ XİN İraqın Kürdüstan bölgəsində Türkiyə vətəndaşlarının öldürülməsindən təəssüfləndiyini bildirib.
“NATO müttəfiqimiz Türkiyənin yanındayıq və son hadisədə şəhid olanların ailələrinə başsağlığı veririk. Türkiyə vətəndaşlarının PKK terror təşkilatı tərəfindən öldürülməsi xəbəri doğrudursa, bu hərəkəti ən kəskin şəkildə qınayırıq”, - deyə açıqlamada qeyd edilir.