Yaponiyada baş verən zəlzələdə xəsarət alanların sayı 30-a çatıb.
Bu barədə “Kyodo” agentliyi məlumat verib.
Xatırladaq ki, bu gün Yaponiyanın şimal-şərqində, Fukusima prefekturasında 7,1 bal gücündə zəlzələ baş verib.
***
Yaponiyada 7,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə TASS agentliyi məlumat yayıb.
Zəlzələnin ocağı Fukusima prefekturasında qeydə alınıb.
Yaponiyanın Baş Meteorologiya İdarəsi ölkədə sunami təhlükəsi elan edib.