Əfqanıstanda BMT-nin nümayəndəliyinə məxsus iki avtomobil silahlı hücuma məruz qalıb.
“Report” “Ariana News”a istinadən xəbər verir ki, hadisə paytaxt Kabilin Surobi dairəsində, Cəlalabad şəhərinə gedən avtomobil yolunda baş verib.
Nəticədə BMT avtomobilərini müşayiət edən Mühafizə Xidməti Direktorluğunun 5 əməkdaşı həlak olub.
BMT-nin Əfqanıstandakı missiyasının açıqlamasında onların əməkdaşları və ya avtomobillərinə ziyan dəymədiyi bildirilir.