Qırğızıstan Baş naziri Uluqbəy Maripov Bişkekə növbəti mer təyin edib.
Bu barədə TASS hökumətin mətbuat xidmətinə istinadən xəbər yayıb.
Baktıbəy Kudayberqenov Bişkekin yeni meri seçilənə qədər paytaxtın meri vəzifəsinə təyin olunub.
Ermek Nurqaziyevin Bişkekin meri təyin edilməsi barədə qərar ləğv edilib.
Nurqaziev vəzifəsinə həftənin çərşənbə günü başlayıb. Elə həmin gün şəhərin əvvəlki meri Balkak Tulobayev istefasını elan edib.
10 fevralda KİV-də yeni təyin olunan şəhər merinin bir neçə cinayət işində adının hallandığı barədə məlumat yayılıb.
Bundan dərhal sonra Qırğızıstan Prezidenti Sadir Japarov belə bir kadr siyasətinin qəbuledilməz olduğunu açıqlayıb.