ABŞ-ın Minnesota ştatının Buffalo şəhərində bir nəfər “Allina Health” klinikasında odlu silahdan atəş açıb.
“Star Tribune” qəzeti bu barədə hüquq-mühafizə orqanlarına istinadən məlumat yayır.
Ən azı beş nəfərin yaralandığı bildirilir.
Onlardan biri xəstəxanada həyatını itirib. Həmin şəxsin klinikanın işçisi və ya xəstəsi olduğu hələlik məlum deyil. Üç nəfərin vəziyyəti ağırdır.
Buffalo Polis İdarəsinin rəisi Pat Budke mətbuat konfransında bildirib ki, silahlı şəxs 67 yaşlı yerli sakindir. O saxlanılıb.
İlkin versiya görə, həmin şəxs klinikada xidmətlərdən narazı qaldığına görə belə addım atıb.