İran səlahiyyətliləri koronavirusa qarşı "Razi Cov Pars” adlı peyvənd layihəsini təqdim ediblər. Dərmanın klinik sınaqları yaxın günlərdə başlamalıdır.
AFP-nin məlumatına görə, bu barədə İran Milli Peyvənd Komitəsinin üzvü Məsud Süleymani xəbər verib.
Onun sözlərinə görə, vaksin "Razi” Peyvənd və Serum Araşdırma İnstitutunda hazırlanıb. Klinik sınaqların birinci mərhələsinin əvvəlində 18-55 yaş arası 13 könüllü peyvənd olunacaq.
Qeyd edək ki, ümumilikdə İranda koronavirusa 1.4 milyondan artıq insan yoluxub, 58 mindən çox şəxs ölüb.