Rusiya Federasiyasının Altay vilayətində qar kütləsinin binanın damından düşməsi nəticəsində dörd nəfər ölüb, üç nəfər yaralanıb.
“RİA Novosti” xəbər verir ki, hadisə Zarinski rayonunun Smaznevo kəndində baş verib.
Ümumilikdə səkkiz nəfər taxıl anbarının damından düşən qarın altında qalıb.
Onların hamısı xilasedicilər tərəfindən çıxarılıb.