Türkiyədə turizm mövsümünün açılışı aprel ayına planlaşdırılıb.
Bunu “Haber Türk” telekanalına geniş müsahibə verən ölkənin mədəniyyət və turizm naziri Məhmət Nuri Ərsoy bildirib.
“Bizim məqsədimiz aprel ayında turizm mövsümünə start verməkdir. Mövsüm Aralıq dənizi bölgəsindən başlayacaq və tədricən Egey sahillərinə keçəcək. Aprelin sonu Rusiyada bayramlar olacaq, bütün rusdilli ölkələrdə tətil mövsümü başlayacaq”, - deyə nazir bildirib.
M.N.Ərsoyun sözlərinə görə, apreldə ilk öncə daxili turizm üçün mövsümə start veriləcək, daha sonra isə Rusiya və İngiltərədən ölkəyə qonaqlar gələcək.
Qeyd edək ki, ötən il koronavirus pandemiyası səbəbindən Türkiyədə turizm mövsümünün açılışı iyun ayında baş tutmuşdu.