Türkiyə əhalisi 83.6 milyon nəfərə çatıb.
Bu barədə “Yeni Şafak” qəzeti Türkiyə Statistika İnstitutuna (TürkStat) istinadən məlumat yayıb.
Qurumun bu gün dərc etdiyi hesabata əsasən, 2020-ci il ərzində Türkiyə əhalisi 0,55%, yəni 459 365 nəfər artaraq 83.6 milyon nəfərə çatıb.
Əhalinin 41 915 985 nəfərini kişilər, 41 698 377 nəfərini isə qadınlar təşkil edir.
Faiz nisbətilə ifadə edildikdə, ölkə əhalisinin 50,1%-i kişilərdən, 49,9%-i isə qadınlardan ibarətdir.
Qeyd edək ki, hesabatda ölkədə yaşayan 3 milyona yaxın suriyalı qaçqının ümumi əhali sayına əlavə olunması məsələsi dəqiqləşdirilməyib.