Karantin rejimi tətbiq edilməzsə, Fransa martın ortalarında çətin vəziyyətə düşə bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:27 Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb  |     20:45 Çində bıçaqlı hücum nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb  |     20:18 Leyla Əliyeva Xəzər dənizinin mühafizəsinə dair dəyirmi masa müzakirələrində iştirak edib  |     19:39 Paşinyan Trampa zəng etdi  |     19:35 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     19:30 Paris yaxınlığında çoxsaylı insan girov götürüldü  |     19:20 Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29-da iştirak etməməsi məsələsindən danışıb  |     18:57 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     18:17 Paşinyanın beş doğrusunu aparan bir səhvi  |     18:01 Bakıda COP29 sammitində Davamlı İnkişaf Santa Klausu: "Uşaqlığı yenidən əzəmətli edək"  |     17:57 Hikmət Hacıyev: "İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi"  |     17:40 Elmi direktor: "Norveç iqlim dəyişikliyi ilə mübarizədə o qədər də yaxşı deyil"  |     17:26 Dubayda başlayıb Bakıda bitən yarımmilyonluq dələduzluq  |     17:19 Azərbaycanda sabah banklar və "Azərpoçt" fəaliyyət göstərəcək  |     17:19 İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Prezident İlham Əliyevə məktub ünvanlayıb  |     17:12 "Barselona"nın prezidenti: "Azərbaycanda olmaqdan məmnunam"  |     17:07 Nazir müavini: "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti TƏSDİQLƏNDİ  |     16:58 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     16:49 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     16:35 Masallıda 37 yaşlı kişi özünü asıb  |    

Karantin rejimi tətbiq edilməzsə, Fransa martın ortalarında çətin vəziyyətə düşə bilər

Belə davam etsək, martın ortalarında çətin vəziyyətdə qalacağıq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Fransa Elmi Şurasının prezidenti Jan-Fransua Delfresi söyləyərək, ölkədə koronavirusla bağlı çətin vəziyyət gözlənilməsi ilə bağlı fransızları xəbərdar edib.

Bildirib ki, indiki durum ürəkaçan deyil. Qonşu ölkələrdəki, xüsusilə də İrlandiya və Böyük Britaniyadakı vəziyyətə diqqət çəkərək, onlardan nümunə götürməyə dəvət edib.

Qeyd edib ki, yeni təcridolma rejimi ehtimal olunur. Bu qərarın siyasi qərar olduğunu nəzərə alaraq, yeni təcridolma rejimi haqqında müfəssəl məlumat verməyib. J.-F. Delfresi mövcud vəziyyətin uzun zaman davam edə bilməyəcəyini bildirib. Virusun yeni ştammlarının vəziyyəti gərginləşdirəcəyini vurğulayıb. Yeni ştammların ikinci pandemiyanın ekvivalenti olduğunu deyib. Virusun yeni ingilis ştammının yayılmasının qarşısını almaq mümkün deyil.

Koronavirusun yeni ştammlarına qarşı mübarizədə təcridolma rejiminin vacibliyini dilə gətirən Elmi Şuranın prezidenti peyvənd kampaniyasına da toxunaraq, səhiyyə nazirinin optimist fikri ilə razılaşmadığını və yaya qədər əhalinin yalnız 40 faizinin peyvənd oluna biləcəyini deyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            525 25.01.21 22:09