“Qonşu ölkələrlə quru sərhədlərin açılması koronavirusun Gürcüstana daxil edilməsi riskini əhəmiyyətli dərəcədə artıra bilər”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin müavini, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili “Rustavi 2” telekanalının efirində deyib.
M.Tskitişvili qeyd edib ki, aviadaşımalar zamanı infeksiyaya nəzarət imkanları daha genişdir.
Xatırladaq ki, Gürcüstan fevralın 1-dən etibarən bütün istiqamətlər üzrə aviareysləri bərpa edəcək.