Anonim qaynaqlara istinad edərək gizli sənədlər yayımlayan "Wikileaks” növbəti dəfə gündəm olmağı bacarıb.
Median.Az sfera.az-a istinadən xəbər verir ki, sayt bir neçə mövzunu əhatə edən sənədləri onlayn formada yayımlayıb.
Bunlar arasında, ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun e-poçt yazışmaları, ABŞ senatoru Con Makkeynin günahları, FBI snayperçisinin Veqasda vurulması, Stiv Cobsun HİV məktubu, təcavüzə görə həbs olunan CIA agentləri və ÜST-ün koronavirus pandemiyası ilə bağlı gizli sənədləri də yer alıb.
Qeyd edək ki, "Wikileaks” bütün bu sənədləri vəzifəsini yeni ABŞ Prezidenti Co Baydenə təhvil verən Tramp sayəsində yaya bilib. Belə ki, Trampın Ağ evdən gedərkən imzaladığı son qərarlardan biri də gizli sənədlərlə bağlı olub. O, bir sıra gizli sənədləri məxfilikdən çıxarıb.