Çin ABŞ-ın 28 rəsmisinə qarşı sanksiya tətbiq edib.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında bildirib.
Rəsmi Pekin hesab edir ki, həmin şəxslər Çinin milli suverenliyini ciddi şəkildə pozub.
Siyahıda Ağ Ev yanında Ticarət üzrə Milli Şuranın başçısı olmuş Piter Navarro, keçmiş ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert OBrayen, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olmuş Kelli Kraft və eks prezidentin dövründə Birləşmiş Ştatların dövlət katibi vəzifəsini icra edən Mayk Pompeonun da adı var.
Qeyd edək ki, ötən ilin iyul ayında Çin hakimiyyəti ABŞ-ı “Honkonqun muxtariyyatı haqqında” qanunu qəbul etdiyi üçün qınamışdı.