Türkiyənin Səhiyyə Nazirliyi ölkədə bir milyondan artıq vətəndaşın koronavirusa qarşı vaksinasiya edildiyini açıqlayıb.
“RİA Novosti”nin məlumatına görə, qurum Türkiyədə ümumilikdə 1 000 135 nəfərə peyvənd vurulduğunu qeyd edib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da koronavirusa qarşı peyvəndin ilk dozası vurulub.