Rusiyanın paytaxtı Moskva şəhərində yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd olunanların sayı açıqlanıb.
APA-nın xəbərinə görə, Moskva şəhərinin meri Sergey Sobyanin “Rossiya-24” telekanalının efirində bildirib ki, təqribən 140 minə yaxın insan koronavirusa qarşı peyvənd edilib.
Mer qeyd edib ki, paytaxtda peyvənd məntəqələrinin sayı artırıla bilər.