ABŞ vətəndaşlarının yarıdan çoxu hazırkı prezident Trampın dərhal vəzifədən uzaqlaşdırılmasını istəyir.
Bunu “Axios” nəşri və “Ipsos” araşdırma şirkətinin birgə təşkil etdiyi sorğunun nəticələrinə əsasən demək olar.
Sorğu 1019 nəfərin iştirakı ilə 11-13 yanvar aralığında keçirilib.
Qeyd edək ki, 6-7 yanvar tarixlərində keçirilən analoji sorğuda respondentlərin 51%-i hazırkı prezidentin dərhal öz səlahiyyətlərinin icrasını dayandırmasının tərəfdarı idi.
Bu isə o deməkdir ki, ABŞ cəmiyyətində Trampın nüfuzu getdikcə daha aşağı düşür.