Rusiyada “Sbera” süni intellekt laboratoriyası bir dəqiqədə yeni növ koronavirus infeksiyası ehtimalını təyin edə biləcək alqoritm hazırlayıb.
Bu barədə “RİA Novosti” şirkətin açıqlamasına istinadən xəbər yayır.
Virusun varlığını təyin etmək üçün səsin, nəfəs almanın və öskürəyin səs modellərindən istifadə olunur, həmçinin simptomlar barədə qısa sorğu aparılır.
Səs Rusiya xəstəxanalarındakı xəstələrin nəfəs alması, səsi və öskürək səsləri üzərində öyrədilmiş dərin konvolyusional neyron şəbəkəsi tərəfindən analiz edilir.
“Hal-hazırda alqoritmin nəticələri PCR testi qədər dəqiq olmasa da, müqayisə ediləbiləcək xüsusiyyətlərə malikdir”, - deyə şirkətdən bildirilib.
“Sberbank” İdarə Heyəti sədrinin birinci müavini Aleksandr Vedyakin qeyd edib ki, bu, bir tibbi diaqnostik vasitə yox, gündəlik yoxlayıcıdır.
Şirkət bu alqoritmlə əlaqəli xüsusi tətbiq hazırlamağı planlaşdırır. Tətbiq “App Store” və “Google Play”də satışa çıxarılacaq.