Rusiyada immuniteti aşağı olan qadın altı ay COVID-19-dan əziyyət çəkib.
Virological.org xəbər verir ki, nəticədə onun bədənində koronavirusun 18 yeni mutasiyası meydana gəlib.
Bildirilir ki, 47 yaşlı bədxassəli lenfoma xəstəsi kimyaterapiya kursu keçərkən virusa yoluxub.
Ondan yazda və yayda götürülən analizlər çoxlu müxtəlif mutasiyaların olduğunu göstərib. Onların ikisi Danimarkada su samurlarında tapılan ştammla eyni olub. Qadında müəyyən edilən digər ştammın isə daha əvvəl immuniteti zəif olan, anticisim plazması ilə müalicə olunan başqa bir xəstədə aşkar edildiyi bildirilir.
Rusiyalı professor Konstantin Krutovski virusun daha yoluxucu “Britaniya variantı”nın da (VOC-202012/01) immuniteti zəif xəstədə çıxdığını ehtimal edib.