Rusiyanın Krasnoyarsk diyarının Norilsk şəhərində qar uçqunu olub, qarın altında beş nəfərin qaldığı ehtimal edilir.
Bu barədə TASS-a fövqəladə xidmətlərdəki mənbə bildirib.
"Norilsk ətrafında qar uçqunu oldu, ilkin məlumata görə, qarın altında ikisi uşaq olmaqla, beş nəfər qalıb", - mənbə agentliyə bildirib.
FHN-nin məlumatına görə, beş ev uçqunun altında qalıb.
"Saat 20:30-da (Bakı vaxtı ilə saat 21:30-da) "Qora otdelnaya” dağ xizək kompleksi ərazisində qar kütləsinin axını barədə xəbər daxil oldu”, - deyə Rusiyanın Fövqəladə Hallar Nazirliyində bildiriblər.
Qeyd edilir ki, beş ev uçqunun altında qalıb, həmin vaxt evlərdə bir neçə nəfər olub, onların sayı dəqiqləşdirilir.
"RİA Novosti" agentliyi isə hadisə yerinə nazirliyin Sibir regional axtarış-xilasetmə dəstəsinin 50 canlı qüvvəsinin və üç texnikasının cəlb edildiyini bildirib.