Britaniyada koronavirus xəstələri ilə dolan tibb müəssisələri başqa xəstələrin qəbulundan imtina edir.
Bu barədə RT xəbər yayıb.
Bildirilir ki, xəstəxanalarda palatalar təcili olaraq reanimasiya üçün yenidən təchiz edilib.
“Burada COVID-19-dan ölməkdə olan 40, 30 və bəzən hətta 20 yaşlı insanlar var. O qədər koronovirus xəstəsi oldu ki, hətta onkoloji əməliyyatları ləğv etmək məcburiyyətində qaldıq”, - deyə Londonda müqəddəs Georgi Xəstəxanasının baş həkimi deyir.
Yeri gəlmişkən, qeyd edək ki, London meri xəstəxanaların dolması ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan edib.