Böyük Britaniyanın Baş naziri Boris Conson ABŞ Prezidenti Donald Tramp haqqında kəskin ifadələr işlədib.
Baş nazir bildirib ki, Tramp insanları Kapitoliyə basqın etməyə təşviq etdi və bu düzgün deyildi.
Boris Conson ABŞ-da baş verənləri şiddətlə qınayaraq Konqres binasına soxulan Tramp tərəfdarlarının hərəkətlərini yenidən utancverici adlandırıb.
"Hazırda seçilən prezidentin lazımi qaydada təsdiqləndiyinə və demokratiyanın qalib gəldiyinə sevindim”.