İsrailin Baş naziri Benyamin Netanyahu ölkədə yayılan yeni koronavirus ştammı səbəbiylə xəstəxanalara yerləşdirmə sayında artım olduğu üçün ölkədə sərt karantin tətbiq edilməsinin zəruri olduğunu açıqlayıb.
Bu barədə “İnterfaks” məlumat yayıb.
“Xəstəxanalar xəbərdarlıq edir ki, biz pandemiyanın əvvəlindən bu yana ən təhlükəli dalğaya qədəm qoyuruq. Səhiyyə Nazirliyi və ekspertlər bizi xəbərdar edirlər ki, biz fövqəladə vəziyyətdəyik və əgər dərhal fəaliyyətə keçməsək yüzlərlə İsrail vətəndaşını itirəcəyik”, - deyə B.Netanyahu bildirib.
O, qeyd edib ki, İsrail dərhal sərt karantin tətbiq etməli və vaksinasiya əməliyyatını davam etdirməlidir.