İsrail Səhiyyə Nazirliyi ABŞ-ın “Moderna” şirkətinin peyvəndinin ölkədə istifadəsinə icazə verib.
TASS bu barədə nazirliyə istinadən məlumat yayır.
Qeyd olunur ki, İsrail ABŞ və Kanadadan sonra peyvəndi təsdiqləyən üçüncü ölkədir.
Ölkə altı milyon doza peyvənd alacaq. Çatdırmaların yanvar ayında başlayacağı gözlənilir.
20 dekabrda İsrail yeni koronavirusa qarşı peyvəndləmə kampaniyasına başlayıb. Yanvarın dördündən etibarən ölkədə 1,2 milyondan çox insan “Pfizer” peyvəndi edilib.