Türk alimdən BİR İLK: COVID-19-u bu üsulla təyin edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:27 Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb  |     20:45 Çində bıçaqlı hücum nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb  |     20:18 Leyla Əliyeva Xəzər dənizinin mühafizəsinə dair dəyirmi masa müzakirələrində iştirak edib  |     19:39 Paşinyan Trampa zəng etdi  |     19:35 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     19:30 Paris yaxınlığında çoxsaylı insan girov götürüldü  |     19:20 Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29-da iştirak etməməsi məsələsindən danışıb  |     18:57 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     18:17 Paşinyanın beş doğrusunu aparan bir səhvi  |     18:01 Bakıda COP29 sammitində Davamlı İnkişaf Santa Klausu: "Uşaqlığı yenidən əzəmətli edək"  |     17:57 Hikmət Hacıyev: "İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi"  |     17:40 Elmi direktor: "Norveç iqlim dəyişikliyi ilə mübarizədə o qədər də yaxşı deyil"  |     17:26 Dubayda başlayıb Bakıda bitən yarımmilyonluq dələduzluq  |     17:19 Azərbaycanda sabah banklar və "Azərpoçt" fəaliyyət göstərəcək  |     17:19 İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Prezident İlham Əliyevə məktub ünvanlayıb  |     17:12 "Barselona"nın prezidenti: "Azərbaycanda olmaqdan məmnunam"  |     17:07 Nazir müavini: "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti TƏSDİQLƏNDİ  |     16:58 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     16:49 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     16:35 Masallıda 37 yaşlı kişi özünü asıb  |    

Türk alimdən BİR İLK: COVID-19-u bu üsulla təyin edir

Tükiyəli Fizioterapiya və Reabilitasiya üzrə mütəxəssis Mehmet Serhan Kurtulmuş, Sars Cov-2 virusunu amin turşusu və ikinci dərəcəli mikroproteinin köməyilə xüsusi bir reaksiya sayəsində sidikdə aşkarlamağa qadir olan metod kəşf edib.

Kurtulmuş bu elmi-tədqiqata yeni tip koronavirusun (COVID-19) Türkiyədə ilk dəfə rast gəlindiyi mart ayında başladığını və onu noyabrda başa çatdırdığını qeyd edib.

Onun sözlərinə görə, test əvvəlcə Xalq Səhiyyə Baş İdarəsi, sonra da Türkiyə Dərman və Tibbi Cihaz qurumu tərəfindən rəy alıb. Artıq ona Səhiyyə Nazirliyi icazə verib.

Alimin sözlərinə görə, klinik sınaqlar zamanı bu testin düzgünlük faizinin mövcud testlərə nisbətən yüksək olduğu müəyyən edilib. Bu elmi-tədqiqat işi beynəlxalq səviyyəli elmi jurnalda da əksini tapıb.

Kurtulmuşun sözlərinə görə, onun icad etdiyi test 15 saniyə ərzində nəticə göstərir:

"Amin turşusu və ikinci dərəcəli mikroprotein xüsusi reaktiv sayəsində sidikdəki virusu təsbit edir. Bu səbəbdən onun adını foaming (köpük) test qoymuşuq. Onu hazırlamaqda məqsədimiz insanların ən tez və düzgün şəkildə COVID-19-u təsbit edib ondan yaxa qurtarmasına yardım etməkdir. Bunun sayəsində virusa yoluxanların tez bir zamanda müalicəyə başlaması, virusa yoluxmayanların isə gündəlik adi həyatlarına davam etməsi, işlərini itirməməsi, müalicə alan xəstələrin asanlıqla nəzarətdə saxlanılması mümkündür. Bu, koronavirusu təyin edən ilk sidik testidir və 15 saniyədə nəticə verir".

Mehmet Serhan Kurtulmuş testdən istifadənin qaydalarını da izah edib:

"Orqanizmdəki virusu bu test vasitəsilə təyin etmək çox asandır. İçində testin olduğu sidik qabına bir qədər sidik tökürsüz. Test qabının içərisindəki xüsusi bir reaktivi olan vakumlu kolbanı sidik qabının üzərindəki sahəyə yerləşdirirsiz. Kolbaya müəyyən qədər sidik daxil olandan sonra 15 saniyə ərzində onu aşağı-yuxarı çalxalayırsız. Test kolbasındakı köpüyün miqdarını kolbanın üzərindəki rəng şkalasına əsasən dəyərləndirirsiz. Beləliklə, hər hansı simptomunuz olmasa da, orqanizminizdə virus yükünün olub-olmadığını təyin edə bilirsiz. Əgər bəzi klinik simptomlarınız varsa, bunun COVID-19-dan, yoxsa başqa infeksiya mənbəyindən qaynaqlandığını da müəyyən edə bilərsiz". (publika.az)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            567 04.01.21 23:37