Pakistanda naməlum şəxslər mədən işçilərinə silahlı hücum edib.
Sinxua agentliyinin məlumatına görə, bu barədə yerli hakimiyyət orqanları xəbər verib.
Baş verən hadisə barədə məlumat yanvarın 3-ü bilinib. Bəlucistan əyalətində bir qrup şəxs əvvəlcə mədən işçilərini qaçırıb, daha sonra isə onlara atəş açıb. Nəticədə 11 nəfər ölüb, üç nəfər isə xəsarət alıb. Yaralıları xəstəxanaya çatdırıblar, onların vəziyyəti barədə heç bir məlumat yoxdur.
Hazırda hüquq mühafizə orqanları şahidləri axtarır.
Heç bir qruplaşma hadisəni üzərinə götürməyib.