Qazaxıstan ölüm cəzasından rəsmən imtina edib.
Bu barədə Tengrinews.kz xəbər verib.
Müvafiq qanunu dövlət başçısı imzalayıb.
2003-cü ildən bəri Qazaxıstanda ölüm cəzasına moratorium tətbiq edilib; o vaxtdan bəri ölkədə bunların heç biri qeyd edilməyib.
Qazaxıstan ölüm cəzasının ləğv edilməsini təşviq edən Beynəlxalq Pakta qatılıb.
Beynəlxalq protokola görə, ölüm hökmü ləğv edildikdən sonra Qazaxıstan müharibə dövründə bu cəzadan istifadə etmək hüququnu saxlayacaq.