Radikal “Taliban” hərəkatının silahlıları Əfqanıstanın Herat əyalətində sərnişinlərlə dolu olan avtobusu qaçırıb.
Bu barədə “Sinhua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.
Bildirilir ki, hadisə Herat-Turgundi magistral yolundakı Çildoxtərən rayonunda baş verib.
Polis girovları azad etmək üçün xüsusi əməliyyata başlayıb.