Yeni il ərəfəsində Rusiyanın Çuvaşiya Respublikasında ailə faciəsi baş verib.
Mk.ru xəbər verir ki, hadisə Urmarski rayonununda fərdi yaşayış evində olub.
Hadisə yerinə gələn yanğınsöndürənlər taxta binanı söndürüb və içəridən altı nəfərin yanmış cəsədini tapıblar.
Onların üçü yetişkin şəxs olmaqla on, yeddi və dörd yaşlı üç uşaq oluğu bildirilir.
Evin 51 yaşlı sahibi isə yanğından xilas ola bilib. O, deyib ki, yoldaşı və biri uşaqları ilə gələn iki qızı orada qalıb.
Faktla bağlı araşdırma başladılıb.