Çinin İstanbuldakı baş konsulu Cui Vei onun adından yayılan xəbəri təkzib edib.
Median.Az-ın məlumatına görə, iddia edilirdi ki, o "Sinovac" peyvəndinin Çində qadağan olduğunu deyib.
Konsulluq məsələ ilə bağlı rəsmi açıqlama yayıb. Həmin açıqlamanı təqdim edirik: Daha bir saxta xəbər. Baş konsulumuz heç vaxt peyvəndin Çində qadağan olduğunu deməyib.
Əsl həqiqət belədir: Çində peyvəndin təcili istifadəsi iyul ayından başlayıb. Peyvəndin tam icrası isə dekabr ayında Çinin müxtəlif əyalətlərində başladılıb. Qeyd edək ki, bu gün Çindən Türkiyəyə ilk dəfə olaraq "Sinovac" peyvəndi gətirilib.