Rusiyanın İvonovo vilayətində Puçej şəhərində “Kolokolçik” uşaq bağçasında zəhərlənən uşaqların xəstəxanadan görüntüləri yayılıb.
Bu barədə REN TV xəbər yayıb.
Qeyd edək ki, bir neçə gün öncə bağçada kütləvi zəhərlənmə baş verib. Ümumilikdə 43 uşaq zərər çəkib, onlardan 16-sı xəstəxanaya yerləşdirilib. Ancaq kanal bildirir ki, xəstəxanaya yerləşdirilən körpələr daha çox ola bilər.
Hadisə ilə bağlı cinayət işi açılıb.