Koronavirusun Böyük Britaniyada yayılan yeni ştammı İspaniyada da qeydə alınıb.
"RİA Novosti” xəbər verir ki, Madriddə ən azı dörd nəfərdə COVID-19-un yeni mutasiyası aşkar edilib.
İlkin məlumata görə, həmin şəxslər Britaniyadan gələnlər olublar.
Xatırladaq ki, bir sıra dövlətlər koronavirusun yeni ştammı tapılan Britaniya ilə hava əlaqəsini dayandırıblar.