Yaponiyaya Böyük Britaniyadan səfər etmiş beş nəfərdə koronavirusanın yeni mutasiya etmiş növü aşkar edilib.
Bu barədə NHK telekanalı Yaponiyanın Səhiyyə naziri Noroxisı Tamuraya istinadən xəbər yayıb.
Nazir bildirib ki, COVID-19-un yeni növünə yoluxmuş xəstələrin hamısı 21 dekabrda Yaponiyaya gəlib
Onlardan üçü Osaka şəhərindəki hava limanından, ikisi isə Tokioda yerləşən hava limanından Yaponiyaya daxil olublar.
Qeyd edək ki, Böyük Britaniyada SARS-CoV-2 koronavirusunun yeni mutasiya etmiş növü aşkar edilib.
Britaniyanın Səhiyyə naziri Mett Xenkok dekabrın 14-də ölkədə virusun yeni növünün aşkar edilməsi haqqında rəsmi məlumat verib.