Argentina koronavirus infeksiyasının yeni formasının yayılması səbəbindən 21 dekabrdan etibarən Böyük Britaniya ilə uçuşları müvəqqəti dayandırır.
Bu barədə RT ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.
“Hökumət qabaqlayıcı məqsədlə COVID-19-un yeni növünün meydana gəldiyi elan edilən Böyük Britaniyadan epidemioloji vəziyyətlə əlaqədar olaraq uçuşları dayandırmağı qərara aldı”, - deyə bildirilir.
Qeyd edək ki, 14 Avropa İttifaqı ölkəsi Britaniya ilə uçuşları təxirə salıb.