İran Prezidenti Həsən Ruhani ölkədə tətbiq edilən məhdudiyyətlər sayəsində koronavirusa yoluxma baxımından ən yüksək risk səviyyəsinə daxil olan “qırmızı” kateqoriyadakı şəhərlərin sayının sıfıra endiyini açıqlayıb.
Bu barədə “Hürriyet” yazıb.
“Son iki ayda xalq, işçilər, nəqliyyat və ailələr əməkdaşlıq edib. Noyabrın əvvəlində çox narahat idik. 160 şəhər “qırmızı” kateqoriyada idi. Ancaq indi bu say sıfıra bərabərdir. Bu xalqımızın səylərinin nəticəsidir”, - deyə H.Ruhani bildirib.