Koronavirusa yoluxan Fransa prezidenti Emmanuel Makronun vəziyyəti stabildir.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Yelisey sarayından bildirilib.
“O, hələ də COVID-19 xəstəliyinin eyni simptomlarını daşıyır: əzginlik, öskürək, əzələ ağrıları... Ancaq bu, onun vəzifəsini yerinə yetirməsinə heç bir şəkildə mane olmur”, - deyə bildirilib.
Makronun mütəmadi müayinələrdən keçdiyi və nəticələrin ürəkaçan olduğu vurğulanıb.