Dünyanın ən qapalı dövləti hesab edilən Şimali Koreyada daha bir qalmaqallı hadisə baş verib.
Bu barədə “Hürriyet” məlumat yayıb.
Ölkədə balıqçılara məxsus gəminin kapitanı ABŞ hökumətinin maliyyələşdirdiyi “Radio Free Asia”nı 15 ildir dinlədiyini söylədikdən sonra edam edilib.
Kapitanın öldürülməsi yüzlərlə balıqçının qarşısında baş verib.
Çoi adlı gəmi kapitanı barədə Şimali Koreya rəsmilərinə onun heyət üzvlərindən biri xəbər verib.