Ermənistanın hakim "Mənim addımım" fraksiyasından daha bir deputat - Tiqran Karapetyan mandatından imtina edib.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, parlament üzvü bu barədə özünün sosial şəbəkədəki səhifəsində bildirib.
“Mən mandatımdan imtina barədə qərar qəbul etdim”, - deyə o feybukdakı səhifəsində yazıb.
"Bizdə güclü hərbi sənayenin olacağına inanmaqda davam edirəm və mənim həyatımın mənası bunda olacaq. Biz ümidimizi itirmək haqqına malik deyilik. Özümüzdə güc tapmalı və yaşamalıyıq", - o qeyd edib.
Daha əvvəl bildirilib ki, “Mənim addımım” fraksiyasının üzvü Arqişti Mexakyan deputat mandatından imtina etmək niyyətindədir. Eyni zamanda deputat Qor Gevorkyan hakim fraksiyadan çıxdığını bildirib.