4 məşhur brauzerdə ciddi sistem boşluğu aşkar edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:27 Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb  |     20:45 Çində bıçaqlı hücum nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb  |     20:18 Leyla Əliyeva Xəzər dənizinin mühafizəsinə dair dəyirmi masa müzakirələrində iştirak edib  |     19:39 Paşinyan Trampa zəng etdi  |     19:35 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     19:30 Paris yaxınlığında çoxsaylı insan girov götürüldü  |     19:20 Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29-da iştirak etməməsi məsələsindən danışıb  |     18:57 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     18:17 Paşinyanın beş doğrusunu aparan bir səhvi  |     18:01 Bakıda COP29 sammitində Davamlı İnkişaf Santa Klausu: "Uşaqlığı yenidən əzəmətli edək"  |     17:57 Hikmət Hacıyev: "İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi"  |     17:40 Elmi direktor: "Norveç iqlim dəyişikliyi ilə mübarizədə o qədər də yaxşı deyil"  |     17:26 Dubayda başlayıb Bakıda bitən yarımmilyonluq dələduzluq  |     17:19 Azərbaycanda sabah banklar və "Azərpoçt" fəaliyyət göstərəcək  |     17:19 İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Prezident İlham Əliyevə məktub ünvanlayıb  |     17:12 "Barselona"nın prezidenti: "Azərbaycanda olmaqdan məmnunam"  |     17:07 Nazir müavini: "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti TƏSDİQLƏNDİ  |     16:58 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     16:49 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     16:35 Masallıda 37 yaşlı kişi özünü asıb  |    

4 məşhur brauzerdə ciddi sistem boşluğu aşkar edilib

Microsoft şirkətinin mütəxəssisləri IT təhlükəsizlik mövzusuna aid yeni hesabatlarında internetdə yayılmış yeni zərərli tətbiqlərdən danışıblar. Həmin tətbiqlərin alqoritmləri isə bir neçə məşhur brauzerin təhlükəsizlik mexanizmini deaktiv edə bilirlər. Hackerlərin istifadə etdikləri bu yeni üsul istifadəçilərin də xəbərləri olmadan onların istifadə etdikləri brauzerlərə əlavələri (extensions) yazır. Bu zərərli tətbiqlər tərəfindən brauzerlərə yazılan əlavələrin isə yeganə məqsədləri istifadəçiyə veb pəncərədə reklam spamlarını göstərməkdir. Bu barədə 4pda saytı xəbər verib.

Microsoft mütəxəssislərinin sözlərinə əsasən Adrozek adlı virus ümumilkdə özündə 173.000-ə yaxın unikal URL ünvanı birləşdirən 159 domen bazasındakı botnet ilə əlaqəlidir. Bu cür bazanın daxilinə isə zərərli proqram təminatının 15.000 versiyası daxildir. Mütəxəssislər qeyd ediblər ki, sözügedən botnet bu ilin may ayında istifadəyə verilib. Zərərli proqram təminatının yayılmasının pik göstəricisi isə avqust ayına təsadüf edir. Belə ki, həmin vaxtda gün ərzində 30.000-ə yaxın cihaz bu proqram təminatı ilə yoluxurdu. Hackerlərin istifadə etdikləri zərərli proqram təminatı Google Chrome, Microsoft Edge, Mozilla Firefox və Yandex Browser brauzerlərini əhatə edir.

Hackerlərin əsas məqsədləri monetizasiya ilə bağlı axtarış sorğularının nəticələrinə reklamların daxil edilməsidir. Bununla belə aşkar edilmiş virus təhlükəsizlik ayarlarını tənzimləyərək brauzerə əlavələrin yüklənməsi və reklamların istifadəçilərə təqdim olunması üzrə geniş imkanlara sahib olur. Onu da qeyd etmək lazımdır ki, Adrozek virusu cihaza quraşdırılandan sonra o özünü QuickAudio.exe, Audiolava.exe və Converter.exe tətbiqləri kimi təqdim edir. Həmçinin Adrozek legitim proqram təminatı kimi qeyd olunur. Mütəxəssislər qeyd ediblər ki, sözügedən virusun standart antivirus tətbiqləri vasitəsilə aşkar edilməsi qəlizdir. Buna görə də onlar machine learning sistemindən istifadə edən alternativ proqram təminatlarını məsləhət görürlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            555 17.12.20 21:19